“Ata itirmək tamam başqa dərddir” –   Ramiz Quliyevin oğlu danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Ata itirmək tamam başqa dərddir” – Ramiz Quliyevin oğlu danışdı

Mədəniyyət

16 Oktyabr 2025 12:46 509


Ramiz Quliyevlə vida mərasimi davam edir.

Yenisabah.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimində mərhumun oğlu Əyyub Quliyev çıxış edərək atasının həyatından və son günlərindən danışıb.

Sənətçinin oğlu qeyd edib ki, ailəsi adından bu ağır gündə onlara dəstək olan, yanlarında olan hər kəsə təşəkkür edir. O əlavə edib ki, Ramiz müəllimi qorumaq üçün əllərindən gələni etdiklərini və çox mübarizə apardıqlarını ki, səhhətini bərpa etsin. “3 həftə reanimasiyada qaldı. Danışmaq çox çətindir,” – deyə o bildirib. Pepperoni pizza

Oğlu əlavə edib ki, atamı hospitaldan götürəndə huşu yerində idi və xahiş etdi ki, onu evə qaytaraq. “Düşündük ki, çətin mərhələni keçmişik. Ona görə də razılaşdıq, lakin bir neçə saat içində onu itirdik. Dost itirmək bir dərddir, müəllim itirmək bir dərddir, ata itirmək isə tamam başqa dərddir. Mən bu gün hamısını itirdim...” – deyə o ağlayaraq qeyd edib.

O, bildirib ki, Ramiz müəllim Musiqi Akademiyasına çox bağlı idi və hər küncünü göstərərək, “buraya Üzeyir bəyin ayağı dəyib” deyirmiş:

"Musiqi Akademiyasına çox bağlı idi. Hər psrketi göstərərək, buraya Üzeyir bəyin ayağı dəyib, deyirdi. Onun qoyduğu miras hər zaman yaşayacaq. Ailəsi, övladları və nəvələri hər zaman çalışacaq ki, adını uca tutsunlar. Danışmaq çox çətindir. Sonda Mikayıl Muşfiqin gözəl sözlərini demək istəyirəm. 

Oxu tar, səni kim unudar...

Biz Ramiz müəllimi heç vaxt unutmayacağıq". 

Aydan Hacıbalazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!