Ata və oğlu tərəfindən döyülən “Azəriqaz” əməkdaşı: “Deyirdi vur ölsün”

saytların hazırlanması

Evə çatdırılma

Ata və oğlu tərəfindən döyülən “Azəriqaz” əməkdaşı: “Deyirdi vur ölsün”

Hadisə

03 Fevral 2026 01:18 697


Ata və oğulun evə çağıraraq döydükləri iddia olunan "Azəriqaz" əməkdaşı hadisənin təfərrüatlarını danışıb.

"Yeni Sabah" "Xəzər TV"yə istinadən xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin xəsarət alan əməkdaşı Müzəffər Müzəffərov deyir ki, bu günə qədər həmin ailə ilə heç bir ədavəti olmayıb. Hadisə günü isə İntiqam Xıdırov ona zəng vuraraq, yaranan borcu aydınlaşdırmaq üçün ünvana çağırıb.

"Atası gəldi, başladı nalayiq sözlər işlətməyə. Dedim ki, mən oğlunla danışıram. Bu zaman oğlu məni qolumdan tutub qırağa çəkdi, düşündüm ki, məni atası ilə aralamağa çalışır. Məni çəkən kimi ayağıma təpik vurub yerə yıxdılar. İkisi birlikdə məni vurmağa başladılar". Marqarita pizza

Müzəffər Müzəffərov bildirib ki, ata-bala onu döydükdən sonra qan içində qoyaraq gediblər.

"Onlar yarım, yaxud bir dəqiqə məni vurdular. Atası deyirdi ki, vur ölsün. Sanki intiqam alır. Sonra çıxıb getdilər. Qonşular mənə kömək etdilər. Halım pisləşdiyi üçün 103-ə zəng etdim".

Hadisədə ittiham olunan Novruz Xıdırovun yaxınlıqda yaşayan digər oğlu Rövşən Xıdırov atası və qardaşı ilə uzun müddətdir küsülü olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!