“Atalar məsəli var, mal yiyəsinə oxşayar” - Faiq Ağayev

saytların hazırlanması

Evə çatdırılma

“Atalar məsəli var, mal yiyəsinə oxşayar” - Faiq Ağayev

Şou

31 Yanvar 2019 03:56 1263


ARB TV-nin "Show news” proqramının növbəti müsahibi xalq artist Faiq Ağayev olub.

Efirdə sənətçi fanatları ilə bağlı fikirlərini bildirib: "Fanat ordusu çoxlarında var. Keyfiyyətli və keyfiyyətsiz fanat kütləsi var. Ən səs-küylü fanat, ən yaxşısı demək deyil. Fanat ordum 20-25 ildir bütün konsertlərimə gəlir. Fanatlar arasında gərginlik olanda, bu, müğənnilərin özünə də təsir edir. Fanatlara deyirəm ki, sevirsiniz sevin, digəri ilə işiniz olmasın. Onlarla ildə ən azı bir dəfə görüşürəm. Ad günlərinə, toylarına, hətta balaları dünyaya gəlir, gedib iştirak edirəm, təbrik edirəm. Atalar məsəli var, mal yiyəsinə oxşayar. Fanatlarım da özüm kimi kübardır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!