“Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə etmək istəyirəm, bir yumruq!”

saytların hazırlanması

Evə çatdırılma

“Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə etmək istəyirəm, bir yumruq!”

Siyasət

29 Aprel 2023 14:11 940


“Atalarımızın, əcdadlarımızın ruhu şaddır, çünki Türkiyə və Azərbaycan bir yerdədirlər”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında deyib.

Bir neçə gündən sonra Azərbaycan xalqının çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin 100 illiyini qeyd edəcəyini xatırladan dövlətimizin başçısı bildirib: pizza mizza

“Heydər Əliyev demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu gün biz bunu isbatlayırıq. Bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədirlər. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə etmək istəyirəm, bir yumruq!”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!