Paytaxtın Nərimanov rayonunda yerləşən Atatürk parkında ağaclar kəsilir. Parkda mövcud olan onlarla ağac "budanma" adı ilə tamamilə məhv edilib, ətrafdakı bir çox ağacların isə qol-budağı kəsilərək lüt hala salınıb.
Hazırda ərazidə 2 ədəd ekskavator və bir neçə ağır tonnajlı yük maşınları çalışır. Parka yaxın ərazidə yaşayan sakinlər deyir ki, parkın iaşə obyektləri planlaşdırılan yerlərindəki ağaclar gecə saatlarında sakitcə aradan götürülüb.
"Gündüz vaxtları isə gördüyünüz hündür ağacların qol-budağını kəsirlər. Parkda harada obyektlər salınacaqsa, həmin yerlər şumlanıb. Əvvəllər orada ağaclar olub. Bu yaxınlarda həmin ağacları gecə ilə kökündən çıxarıb aparıblar", - deyə sakinlər bildirir. Sezar pizza
Yük maşınının sürücüləri bildiriblər ki, parkda Bakı şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən abadlıq-quruculuq işləri görüldüyü üçün ərazidəki qoca ağaclar budanır.
Telegram kanalımız