Sumqayıtda "Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb.
"Yeni Sabah"ın “Report”a istinadən məlumatına görə, iki avtomobil - "Hyundai-İX35" və "Mercedes" toqquşub.
Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Bu zaman avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. pizza hut
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız