ATƏT Moldovaya dair bəyanat yayadı: Diqqətlə izləyirik

saytların hazırlanması

Evə çatdırılma

ATƏT Moldovaya dair bəyanat yayadı: Diqqətlə izləyirik

Dünya

04 Mart 2024 10:10 473


2024-cü ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edən Malta Dnestr çayının hər iki sahilində vəziyyətin inkişafını diqqətlə izləyir.

Yenisabah.az xəbər verir ki, bu barədə Malta Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat yayıb.

Məlumatda qeyd olunur: pizza mizza

“Başa düşür və alqışlayırıq ki, tərəflər arasında dialoq davam edir. Bunu yanvarın 16-da keçirilən son bir üstəgəl bir görüş sübut edir. Eyni zamanda, hər iki tərəfin bütün açıq məsələlərin, eləcə də münaqişənin özünün müstəsna olaraq sülh yolu ilə həllinə sadiqliklərini daim təsdiqləmələrini yüksək qiymətləndiririk”.

XİN bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq yaxın vaxtlarda Kişineuya səfər edəcək. Bu beynəlxalq struktur Moldova daxilində Dnestryanı bölgənin xüsusi statusuna əsaslanan nizamlanma axtarışlarını davam etdirəcək:

“ATƏT Moldovadakı missiyası və fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi vasitəsilə münaqişənin Moldova Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyü əsasında hərtərəfli həlli istiqamətində fəaliyyətini davam etdirəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!