ATƏT təmas xəttində monitorinq keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

ATƏT təmas xəttində monitorinq keçirəcək

Siyasət

17 Sentyabr 2019 09:04 997


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 18-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər. Dominos pizza

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!