Atletlərimiz Avropa çempionatında iştirak edəcək

Atletlərimiz Avropa çempionatında iştirak edəcək

İdman

29 Mart 2019 20:45 727


6-13 aprel tarixlərində Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından “Yeni Sabah”a verilən məlumata görə, 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə qoşulacaq.

Asif Məmmədovun rəhbərliyi altında körpücük üzərinə qalxacaq millimizin heyəti aşağıdakı kimidir:

Kənan Xəlilov (73 kq), Kənan Əliquliyev (81 kq), Nailxan Nəbiyev, Kamran İsmayılov (hər ikisi – 96 kq), Əliş Nəzərov (102 kq).

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!