ATV ilə bağlı daha bir qalmaqallı xəbər

saytların hazırlanması

Evə çatdırılma

ATV ilə bağlı daha bir qalmaqallı xəbər

Rəqəmsal

17 İyun 2019 10:59 1414


"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov "ATV xəbər"in baş redaktoru Vaqif Aydınoğluna işdən çıxarılması barədə xəbərdarlıq edib. 

“Yeni Sabah” xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, "ATV xəbər"in adlarının çəkilməsini istəməyən bir qrup jurnalisti də kanal rəhbərliyinin bu cür hərəkətindən narazılıq edib.

Onlar bildirib ki, bir neçə gün öncə telekanalın tanınmış idman aparıcısı İlkin Xəlilovun AFFA haqqında tənqidi reportaj hazırlaması ATV prezidenti Azər Xəlilovun xoşuna getməyib: Dördpendirli pizza

"Bundan dərhal sonra ATV prezidenti Azər Xəlilov həm İlkin Xəlilova, həm də "ATV xəbər"in baş redaktoru Vaqif Aydınoğluna sərt şəkildə xəbərdarlıq edərək, onları işdən çıxaracağını bildirib. Hətta, Azər Xəlilov Vaqif Aydınoğluna öz istəyilə işdən çıxmağı da təklif edib".  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!