ATV İlkin Xəlilovla bağlı rəsmi açıqlama YAYDI

saytların hazırlanması

Evə çatdırılma

ATV İlkin Xəlilovla bağlı rəsmi açıqlama YAYDI

Rəqəmsal

17 İyun 2019 11:40 1889


ATV telekanalı İlkin Xəlilovun işdən çıxarılması ilə bağlı yayılan məlumatlarla əlaqədar olaraq rəsmi açıqlama yayıb.

“Yeni Sabah” həmin açıqlamanı təqdim edir:

Son günlərdə sosial şəbəkələrdə ATV telekanalının əməkdaşı İlkin Xəlilova tənqidi sujetinə görə guya təzyiqlərin göstərilməsi və işdən xaric edilməsi haqqında şaiələr yayılır. Bildiririk ki, bu xəbərlərin heç bir əsası yoxdur və müəyyən qrupların özəl maraqlarına xidmət edən "qara piar"dan başqa bir şey deyil.  Öz fəaliyyətində dövlətin və cəmiyyətin maraqlarını, jurnalistikanın təməl prinsiplərini rəhbər tutan ATV kanalı həmişə cəmiyyətimizdə mövcud olan plüralizmə, fərqli baxışa hörmətlə yanaşıb və öz işində daim bu prinsiplərə riayət edib.  pizza mizza

ATV telekanalı yayım siyasətinin qurulmasında və yaradıcılıq fəaliyyətində tam sərbəst və müstəqildir. Geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan və ən baxımlı telekanal kimi qəbul edilən ATV-nin televiziya və radio efirində mühüm ictimai-siyasi xəbər və təhlil proqramları, maarifləndirici və əyləncəli verilişlərlə yanaşı satira və tənqidi materiallar da yer alır. Dəfələrlə telekanalımızn efirində müxtəlif sahələrdə mövcud olan nöqsanlar tənqid edilib, onların aradan qaldırılması ilə bağlı təkliflər irəli sürülüb. Biz bunu ölkəmizdə söz və məlumat azadlığının yaratdığı imkanlar çərçivəsində cəmiyyətimizin inkişafına maneə yaradan problemlərin həllinə töhfəmizi vermək üçün imkan kimi qiymətləndirmişik. 

Buna görə də İlkin Xəlilovun məlum sujetinə normal yanaşdığımızı və hər hansı sərt cəza tədbiri görülmədiyini bildiririk. 

Bununla yanaşı, qeyd etməliyik ki, telekanalda müəllif və yaradıcı qrupların mövqeyinə hörmətlə yanaşıldığı kimi, onların jurnalistikanın prinsiplərinə riayət etməsi, telekanalın obyektiv, neytral və qərəzsiz yayım siyasətinə xələl yetirilməməsi mühüm şərtlər sırasına daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!