ATV-nin bu serialı da dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

ATV-nin bu serialı da dayandırıldı

Şou

23 Yanvar 2019 16:55 1793


"Azad Azərbaycan" telekanalında yayımlanan daha bir serial reytinq qurbanı olub. “Təhminə və Zaur” serialından sonra “Sevgi naminə” adlı ekran işi də yayımını dayandırır.

Bu barədə məlumatı serialın baş rollarından birini canlandıran əməkdar artist Anar Heybətov da təsdiqləyib: “Bəli, serialımız 18-ci seriya ilə ekranla vidalaşır. Səbəbini isə bilmirəm”.

Əldə etdiyimiz məlumata görə, ATV dram janrında olan seriallardan yalnız “O gecə” adlı ekran əsərini saxlayıb. Onlara isə ssenarinin dəyişilməsi və reytinqinin artırılması üçün vaxt verilib. pizza mizza

Kanalın yeni strategiyasına əsasən, yalnız komediya serialları yayımlanacaq. Çünki onlar reytinq verir. 

Qeyd edək ki, "Təhminə və Zaur" serialının bağlanmasını aktyor Cavidan Novruz açıqlayıb. O, hətta ekran işindən qonorarını almadığını bildirib.

Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!