ATV-nin Çingiz Abdullayevi təhqir edən aparıcısı cəzalandırılsın  - AYB 

ATV-nin Çingiz Abdullayevi təhqir edən aparıcısı cəzalandırılsın - AYB 

Yazar Veb saytların hazırlanması

15 Noyabr 2023 17:01 17484


Azərbaycan Yazıçılar Birliyinin Katibliyi Birliyin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevin ATV-nin “Xəbərin olsun ” verilişinin canlı yayımında təhqir olunması ilə bağlı bəyanat yayıb. 

Yenisabah.az xəbər verir ki, bəyanatda deyilir: 

“Bu il noyabrın 13-də ATV-nin “Xəbərin olsun” verilişinin canlı yayımında məşhur yazıçımız, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev aparıcı Kubra Məhərrəmova tərəfindən təhqir olunub. Onun sözlərini təkrar etməyi ayıb sayırıq. Hesab edirik ki, məlum telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır. Azərbaycan Respublikası Audiovizual Şurası da öz növbəsində bu süjetə münasibət bildirməlidir. 

Təəssüflə qeyd edirik ki, uzun illərdir (son illər isə xüsusən) AYB yetkililəri, ölkə ziyalıları sosial şəbəkələrdə təhqirlərə, şantajlara, yersiz hücumlara məruz qalırlar və bu zərərli tendensiya media subyektlərinə də sirayət edir. Belə güman edirik ki, bu adamların arxasında Azərbaycana düşmən qüvvələr  dayanır və onların məqsədi ictimai rəyi, şüuru formalaşdıran, dövlət və milli maraqları müdafiə edən aydınları gözdən salmaqdır. 

Belə hallar yolverilməzdir və buna yüksək səviyyədə münasibət bildiriləcəyinə ümid edirik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahim
    İndi Azərbaycanda NÜFUZLU şair və YAZIÇI YOXDUR. NÜFUZLULAR RƏHMƏTƏ GEDİBLƏR.
    3 months ago