Ayxan Abbasov bir futbolçunu millidən kənarlaşdırdı

saytların hazırlanması

Evə çatdırılma

Ayxan Abbasov bir futbolçunu millidən kənarlaşdırdı

İdman

15 Oktyabr 2025 13:50 369


Azərbaycan milli futbol komandasının hücumçusu Renat Dadaşovun DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Ukrayna yığmasına qarşı oyunda (1:2) iştirak etməməsinin səbəbi məlum olub.

Yenisabah.az azerisport.com-a istinadla xəbər verir ki, 26 yaşlı hücumçu Fransaya qarşı keçirilən oyunun ikinci hissəsində meydana buraxılmalı imiş. Lakin taktiki və oyunla bağlı səbəblərə görə onun əvəzinə başqa bir futbolçu oyuna daxil edilib. 

Bu qərar Polşanın "Motor" klubunda çıxış edən və hazırda ən yaxşı formada olmayan hücumçunun xoşuna gəlməyib və o, narazılığını baş məşqçi Ayxan Abbasova bildirib. Nəticədə Dadaşov növbəti oyunun - Ukrayna ilə görüşün iştirak ərizəsinə salınmayıb. Dominos pizza

Hazırda Dadaşovun Ayxan Abbasov milli komandanın baş məşqçisi olduğu müddətdə milliyə çağırılıb-çağırılmayacağı sual altındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!