Audiovizual Şura bəzi kanallarla bağlı yayılan iddialara cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Audiovizual Şura bəzi kanallarla bağlı yayılan iddialara cavab verdi

Rəqəmsal

10 Mart 2025 20:30 1388


Audiovizual Şura bir sıra yerli televiziya kanallarının HD yayımı dayandırması ilə bağlı iddialara münasibət bildirib.

Səsləndirilən iddia ilə bağlı Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə televiziya kanallarının həm HD, həm də SD formatda yayımı həyata keçirilir:

"Bu yayımlarla bağlı hazırda heç bir problem yoxdur və normal keyfiyyətdə aparılır. Televiziya kanallarının HD yayımını dayandırması ilə bağlı bəzi sosial şəbəkə hesabları vasitəsilə yayılan xəbərlər həqiqəti əks etdirmir". pizza mizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!