Aviaşirkətlər Azərbaycana yeni reyslər həyata keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Aviaşirkətlər Azərbaycana yeni reyslər həyata keçirəcək

Turizm

03 Fevral 2023 20:48 28204


Azərbaycanın beynəlxalq hava limanları beynəlxalq aviaşirkətlərin yeni reyslərini qəbul edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi xarici aviaşirkətlərin ölkəmizin hava limanlarına yeni reyslərin həyata keçirilməsi və mövcud istiqamətlər üzrə tezliyin artırılması ilə bağlı müraciətini təsdiq edib. Sözügedən təsdiq İzmir, Bodrum, Dalaman, Ankara, Antalya, Riqa, Budapeşt, Varşava, Əbu-Dabi, Küveyt, Maskat, Roma, Rusiyanın və MDB ölkələrinin bir sıra istiqamətlərinə şamil olunur. pizza

Bakı hava limanı ilə yanaşı, aviaşirkətlər regional hava limanlarına da maraq göstərir. Hazırda Azərbaycanın beynəlxalq hava limanları sözügedən aviaşirkətlərin reyslərinin qəbulu üzrə zəruri işlər aparır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!