Avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə və zeytun yağlarının, limonun, əriyin, xiyarın, sarımsağın, soğanın, kartofun qiymətində müşahidə olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Ucuzlaşma əsasən un, qarabaşaq yarması, yumurta, günəbaxan və qarğıdalı yağları, alma, armud, gavalı, şaftalı, qarpız, yemiş, balqabaq, şirin bibər, badımcan, göy lobya və süfrə çuğundurunun qiymətlərində olub. pizza mizza
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma kəsilmiş taxtanın, kərpicin, sementin, zərgərlik məmulatlarının qiymətlərində müşahidə edilib.
Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Telegram kanalımız