Avrasiya İqtisadi Forumu: Dəvətlilərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Avrasiya İqtisadi Forumu: Dəvətlilərin sayı açıqlandı

Dünya

20 May 2022 10:36 673


"Mayın 26-da Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək birinci Avrasiya İqtisadi Forumunda 15 ölkədən 1,7 minə yaxın dəvətli iştirak edəcək".

Yenisabah.az xəbər verir ki, bunu Bişkekdəki mətbuat konfransında Qırğızıstan Baş nazirinin müavini Arzibek Kojoşev bildirib.

O deyib: "Konfransda Avrasiya İqtisadi Birliyinin (Aİİ) bütün üzv dövlətləri təmsil olunacaq. Bu günə olan məlumata görə, Latın Amerikası və Cənub-Şərqi Asiyadan olan on ölkənin təmsilçiləri tədbirdə iştirak edəcəkləri barədə təşkilatçılara rəsmi məlumat veriblər". pizza sifarişi

Arzibek Kojoşevin sözlərinə görə, yüksək rütbəli qonaqlar siyahısında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də var. 

Qeyd edək ki, tədbir iştirakçıları qlobal dəyişikliklər dövründə Avrasiya inteqrasiyasının strateji inkişafı perspektivlərini, maliyyə inkişafı və makrosabitlik, enerji və nəqliyyatın aktivləşdirilməsi, rəqəmsallaşma, eləcə də üzv ölkələrin sənayesindəki vəziyyəti müzakirə edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!