Avropa çempionatı: İki Azərbaycan güləşçisi bürünc medal uğrunda yarışacaq

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatı: İki Azərbaycan güləşçisi bürünc medal uğrunda yarışacaq

İdman

20 Aprel 2026 22:26 1010


Azərbaycanın yunan-Roma güləşçiləri Beka Kandelaki (130 kq) və İslam Abbasov (87 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının bürünc medalı uğrunda mübarizə aparacaqlar.

"Yeni Sabah" xəbər verir ki, B.Kandelaki yarımfinalda macarıstanlı Dariuş Viteklə mübarizə aparıb.

Görüşdə 1:1 hesabı qeydə alınsa da hakimlər əlavə göstəricilərə görə D.Viteki qalib elan ediblər. Marqarita pizza

İslam Abbasov (87 kq) isə yarımfinalda bolqarıstanlı Semyon Novikova 0:4 hesabı ilə uduzub.

Həmçinin 1/4 finalda Emin Səfərşayevə (UWW) uduzan Rəşad Məmmədov (55 kq) rəqibi finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!