Avropa çempionu Elçin Əlibəylini döyüb:   “Təcili əməliyyat olunmalıyam”

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionu Elçin Əlibəylini döyüb: “Təcili əməliyyat olunmalıyam”

Hadisə

05 Noyabr 2019 10:34 1046


Olimpiya çempionu Namiq Abdullayevin qardaşı, Avropa çempionu Natiq Abdullayev tanınmış teleaparıcı Elçin Əlibəylini döyüb.

"Yeni Sabah" xəbər verir ki, Əlibəyli bu barədə sosial şəbəkədə məlumat yayıb:

"Oktyabrın 19-u qonşum tərəfindən siyasi motivlərə görə döyülsəm də bu günə kimi döyən şəxsin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı olması hesabına DİN susur. Bu ölkədə haqq-ədalət yoxdur nəticəsinə gəlirəm. pizza

Döyülmək və söyülmək davası deyil, mənim davam, avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əmilliyyatdan yenicə çıxdığım yırtıq (qrija) partlatması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir.

Təcili əmiliyyat olunmalıyam, amma mən bu yazını yazanda belə ağrıkəsici iynənin təsiri ilə yazıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!