“Avropa Hitlerdən necə qorxurdusa, Putindən də elə qorxur” 

saytların hazırlanması

Evə çatdırılma

“Avropa Hitlerdən necə qorxurdusa, Putindən də elə qorxur” 

Siyasət

25 Fevral 2022 10:12 2250


“Putin Sovet İttifaqını bərpa etmək planına start verdi”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, əslində indi Ukrayna Sovetdən ayrılmış bütün respublikaların müstəqilliyi uğrunda vuruşur:

“Avropanın mərkəzində dayanmış Ukrayna məğlub edilsə növbə Baltik ölkələri, Orta Asiya və Zaqafqaziyadır.  Toyuqlu pizza

Onların işğalından sonra növbədə sosialist lageri Polşa və başqaları dayanır. 

1930-cu illərdə Avropa Hitlerdən necə qorxurdusa indi də Putindən elə qorxurlar. ABŞ-ın prezidenti gündə bir neçə dəfə “biz Ukraynaya qoşun göndərməyəcəyik” deməklə praktiki Putindən qorxduğunu boynuna alır. 

Ümid qəhrəman Ukrayna xalqının özünə qalıb. Ukrayna bu müharibədən qalib çıxa bilsə, dünyanın canı qurtarar, müstəqil ölkələr azad nəfəs ala bilərlər”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!