Avropa İttifaqı Bakı və İrəvana çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Avropa İttifaqı Bakı və İrəvana çağırış etdi

Siyasət

12 Aprel 2023 14:51 597


"Avropa İttifaqı aprelin 12-də Ermənistan-Azərbaycan sərhədinin Dığ kəndi ərazisində bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və ya yaralanması ilə nəticələnən silahlı toqquşmalardan təəssüflənir".

Yenisabah.az xəbər verir ki, bu fikirlər Avropa İttifaqının (Aİ) bəyanatında əksini tapıb.

Bəyanatda deyilir: "Əvvəlki öhdəliklərə, 2022-ci ilin oktyabrında Praqada əldə olunmuş öhdəliklərə, 1991-ci il Almatı Bəyannaməsinə əməl edilməlidir. Aİ həmçinin sərhədin delimitasiyası ilə bağlı danışıqların intensivləşdirilməsinə çağırış edir. Biz bu prosesi dəstəkləməyə hazırıq. Biz təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırışlarımızı təkrarlayırıq. Aİ bu səyləri ən yüksək səviyyədə dəstəkləməyə davam edir". Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!