Avropa İttifaqından əfvlə bağlı bəyanat

saytların hazırlanması

Evə çatdırılma

Avropa İttifaqından əfvlə bağlı bəyanat

Dünya

18 Mart 2019 00:24 1234


Avropa İttifaqı (Aİ) Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramı ilə əlaqədar aralarında siyasi partiya, qeyri-hökumət təşkilatları üzvləri, blogger və jurnalistlərin də olduğu 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.

Bu, Avropa İttifaqı Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin sözçüsünün bəyanatında əksini tapıb.

Bəyanatda bildirilir ki, Aİ Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun bu istiqamətdə gələcəkdə də oxşar addımları davam etdirəcəyini gözləyir: “Aİ əməkdaşlığı, o cümlədən əlaqələrimizin vacib elementlərindən olan insan haqları sahəsində əlaqələri inkişaf etdirmək üçün Azəbaycanla işləməyə davam edəcək”./ONA/ pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!