Avropa Komissiyasının prezidenti yenidən namizəd olacaq? - Açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Avropa Komissiyasının prezidenti yenidən namizəd olacaq? - Açıqladı

Siyasət

17 Aprel 2023 21:47 728


Avropa Komissiyasının (AK) prezidenti Ursula von der Leyen AK rəhbəri vəzifəsinə namizədliyini yenidən irəli sürüb-sürməməsi ilə bağlı hələ qərar vermədiyini açıqlayıb.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə “Növbəti Avropa seçkiləri bir ildən sonra baş tutacaq. Gün hələ müəyyən edilməyib. Hələ qərar verməmişəm”, - deyə Ursula von der Leyen bu gün Berlində jurnalistlərə Aİ prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb-götürməyəcəyi sualına cavab verib.

“Mənim üçün bu çox vacibdir. Buna görə də belə narahat dövrlərdə birlik və güclü Avropa Birliyinin olması şərtdir. İndi bu suala cavab verməyin vaxtı deyil” –  o qeyd edib. Sezar pizza

Xatırladaq ki, Ursula von der Leyen 2 iyul 2019-cu ildə Avropa Komissiyasının prezidentliyinə namizəd seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!