Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək

saytların hazırlanması

Evə çatdırılma

Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək

İdman

18 Aprel 2019 14:32 895


Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

"Yeni Sabah" xəbər verir ki, cavab qarşılaşmalarından sonra yarımfinalçılar müəyyənləşəcək.

Günün ən maraqla gözlənilən oyunu İtaliyada olacaq. "Napoli" doğma azarkeşlər önündə İngiltərə "Arsenal"ını qəbul edəcək. Neapollular səfərdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. pizza hut

İngiltərənin turnirdəki digər təmsilçisi "Çelsi" evdə Çexiyanın "Slaviya" kollektivini sınağa çəkəcək. Londondakı matçda "zadəganlar" minimal hesablı qələbə qazanıb - 1:0.

Almaniyanın Avroliqadakı yeganə komandası "Ayntraxt" Frankfurtda Portuqaliya "Benfika"sının müqavimətini qırmağa çalışacaq. Səfərdəki qarşılaşmada 2:4 hesabı ilə uduzan meydan sahibləri yarımfinala vəsiqə üçün ən azı 3 top fərqi ilə qələbə qazanmalıdır.

Nəhayət, növbəti qarşılaşmada İspaniya komandaları üz-üzə gələcək. "Valensiya" "Vilyarreal"a qarşı ilk oyundakı 3:1 hesablı qələbəni qorumağa çalışacaq. 

Qeyd edək ki, final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Avropa Liqası

1/4 final, cavab oyunları

18 aprel

23:00. “Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)

İlk oyun - 0:2 

23:00. “Valensiya” (İspaniya) – “Vilyarreal” (İspaniya)

İlk oyun - 3:1 

23:00. “Ayntraxt” (Almaniya) – “Benfika” (Portuqaliya)

İlk oyun - 2:4 

23:00. “Çelsi” (İngiltərə) – “Slaviya” (Çexiya) 

İlk oyun - 1:0 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!