Avropa Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı tələbini rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

Avropa Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı tələbini rədd etdi

Siyasət

13 İyul 2023 23:23 850


İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təmin tədbirlərinin tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə Ermənistanın 2023-cü il 21 iyun tarixli tələbini tamamilə rədd edib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.

Belə ki, Avropa Məhkəməsi Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib. Pepperoni pizza

Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci ilin 21 dekabr tarixli Qərarını pozduğunu müəyyən etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!