Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Pərviz Həşimlinin şikatəyi üzrə qərarını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, bunu P.Həşimli bildirib.
Onun sözlərinə görə, Avropa Məhkəməsi şikatəyi təmin edib. Pepperoni pizza
Məhkəmə P.Həşimliyə münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 8-ci “Şəxsi həyata və ailə həyatına hörmət hüququ” bəndlərinin pozulduğunu tanıyıb.
“Dünyanın işinə baxın. Bu gün məni şərləyən həbsdəki MTN generalı Elçin Quliyevin əmlakları hərraca çıxarıldı. Elə bu gün Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyin mənə qarşı qanunsuz həbsi və barəmdəki sifarişli məhkəmə hökmünə dair şikayətim üzrə qərarını açıqlayıb”, - jurnalist bildirib.
Onun sözlərinə görə, Avropa Məhkəməsi onun həbsinin tam qanunsuz olması qənaətinə gəlib: “Məhkəmə hesab edib ki, həbsim tam qanunsuz olub, mənzilimə silahlar istintaq orqanı tərəfindən yerləşdirilib. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsi ədalətli məhkəmə araşdırmasını aparmayıb.
Avropa İnsan Hüquqları Məhkəməsi bu pozuntulara görə mənə təzminat təyin edib.
Nə gizlədim, ilk sevincimi məni azadlıqdan məhrum edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimova zəng edərək bölüşdüm. O isə “bu qalibiyyətinə görə səni təbrik edirəm, axır ki, istəyinə nail oldun” deyə bildirdi.
Avropa Məhkəməsində məni müdafiə edən vəkilim Elçin Sadıqova təşəkkür edirəm. Həmçininin, yerli məhkəmələrdə yanımda olan MTN-dəki cinayətkar dəstə qarşısında ləyaqətlə və vicdanla məni müdafiə edən Bəhruz Bayramova, Yalçın İmanova və Fariz Namazlıya təşəkkür edirəm”.
P.Həşimli əlavə edib ki, bu qərardan sonra bəraət almaq üçün Ali Məhkəməyə üz tutacaq.
Qeyd edək ki, P.Həşimli 2013-cü ildə MTN tərəfindən həbs edilərək 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdu. O, 2016-cı ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Telegram kanalımız