“Hazırda Rusiya-Ukrayna müharibəsi əsnasında Aİ-də bir sıra maraqlı proseslər gedir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
O, son dövrlərdə başda Fransa və Almaniya olmaqla, bir sıra Aİ dövlətlərinin Rusiyaya qarşı həyata keçirilən sanksiyaların yumşaldılması istiqamətində bəyanatlarına münasibət bildirib: Toyuqlu pizza
“Bəzi ölkələr açıq şəkildə Rusiya xammalına olan ehtiyacı bildirir. Eləcə də Rusiyaya xoş məram göstərən dövlətlər var. Amma sanksiyaların tətbiqi uzun müddətə hesablanıb və onların aradan qaldırılması Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq. Əvvəlki dövrə qayıtmaq isə istənilən halda mümkün deyil. Çünki fevralın 24-dən öncəki beynəlxalq münasibətlər sistemi bərpa olunmayacaq”.
Ekspertin sözlərinə görə, həm qlobal inflyasiya, həm karbohidrogen ehtiyatlarına olan böyük ehtiyac, həm də taxıl tədarükündə yaranan problemlər dövlətlərin, yumşaq şəkildə də olsa, müharibənin dayandırılması ilə bağlı çağırışları ilə müşayiət olunur:
“Türkiyə təşəbbüslər irəli sürür və bu gün artıq Rusiya XİN rəhbəri Sergey Lavrovla müdafiə naziri Sergey Şoyqu Ankara səfər ediblər. Avropanın isə ortaq fikri budur ki, Rusiyaya qarşı hər bir cəbhədə güclü həmrəylik nümayiş olunmalıdır. Lakin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların bir ucu Avropanın özünə təsir göstərir.
Ümumiyyətlə, Avropa dövlətləri Rusiya ilə bir qədər ehtiyatlı davranırlar. Çünki nüvə silahının döyüş meydanında tətbiq olunması riski qalır. Lakin anqlo-sakson siyasətinin başında dayanan Böyük Britaniya və ABŞ-ın mövqeyi bundan ibarətdir ki, müharibə hazırkı durumda dayandırılmamalı, Rusiya məhz döyüş meydanında məğlub edilərək zəiflədilməlidir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız