“Avropa Parlamenti korrupsiya bataqlığında can verir” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Avropa Parlamenti korrupsiya bataqlığında can verir” - Vüqar Rəhimzadə

Siyasət

13 Mart 2023 18:43 606


"Azərbaycana qarşı qərəzli, ədalətsiz, düşmən mövqedə dayanması şübhə doğurmayan Avropa Parlamenti öz ampluasına “sadiq qalaraq” növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan tamamilə uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Qətnamə layihəsinin ilkin mətnində keçmiş, sərsəm və ümumiyyətlə, gündəlikdə olmayan məsələlərin qeyd edilməsi belə təsəvvür yaradır ki, Avropa Parlamenti Ermənistan parlamentinin komitəsinə çevrilib. Sanki bu qurum Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri notarius kimi təsdiqləməklə məşğuldur".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüssel formatı əsasında keçirilən görüşlər Azərbaycan tərəfindən dəstəklənir. Amma Avropa Parlamentinin mövqeyi Avropa İttifaqının bu siyasətinə uyğun deyil və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ziddir. Ermənistan özü Praqa və Soçidə keçirilmiş görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı halda Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamələrdə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alması regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə böyük zərbə vurur. Bəs, Avropa Parlamenti niyə belə mövqe tutur? Məlum olduğu kimi, Azərbaycan bu gün dünyada böyük nüfuz qazanmış dövlətlərdən biridir. Son həftələrdə ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlər də bunun təsdiqidir. Dominos pizza

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü, X Qlobal Bakı Forumu və digər beynəlxalq əhəmiyyət kəsb edən təşəbbüslərimiz  ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunu, siyasi çəkisini artırıb. Bu isə erməni lobbisi və onların dəstəklədiyi qüvvələri narahat edir.   Avropa Parlamenti də həmin qüvvələrin sifarişi ilə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edir. Məqsəd ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etməkdir. Amma onların bu cəhdlərinin heç bir nəticəsi olmayacaq. Avropa Parlamenti kimi ermənipərəst beynəlxalq təşkilatlar  birdəfəlik yadda saxlamalıdırlar ki, adi kağız parçasından fərqlənməyən qətnamələrlə Azərbaycanın ədalətli mövqeyinə təsir etmək mümkün deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!