Avropa qollarını çırmaladı: Əliyevlə Paşinyan görüşür   - Dəqiq tarix

saytların hazırlanması

Evə çatdırılma

Avropa qollarını çırmaladı: Əliyevlə Paşinyan görüşür - Dəqiq tarix

Siyasət

08 May 2023 09:46 1010


İlham Əliyev və Nikol Paşinyan mayın 14-də Brüsseldə görüşə bilərlər.

Yenisabah.az “Financial Times”a istinadla xəbər verir ki,  bu barədə görüşə hazırlıqla bağlı xəbərdar olan diplomatlar məlumat veriblər. 

Bildirilir ki, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında keçirilən danışıqlara Aİ Şurasının prezidenti Şarl Mişel vasitəçilik edəcək. Sezar pizza

Xatırladaq ki, mayın əvvəlindən başlayaraq, 4 gün davam edən Arlinqton (ABŞ) görüşləri nəticəsində tərəflərin “Münasibətlərin Tənzimlənməsi Sazişi”ni imzalayacağı qeyd olunur. 

İddialara görə, Azərbaycan və Ermənistan məlum sazişi iyunun 1-də Moldova keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin ikinci iclasında imzalaya bilərlər. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!