Avropa Regional Sosial Təminat Forumu keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Avropa Regional Sosial Təminat Forumu keçiriləcək

Sosial

07 Fevral 2019 15:17 827


Cari ilin may ayında Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, foruma hazırlıq işlərinin yerinə yetirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Təşkilat Komitəsi yaradılıb, Tədbirlər Planı təsdiq edilib.

Təşkilat Komitəsinin iclasında Komitənin sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli 1927-ci ildə Beynəlxalq Əmək Təşkilatının himayəsi ilə yaradılan BSTA-nın 158 dövlətin sosial təminat sahəsi üzrə 330 qurumunu özündə birləşdirdiyini qeyd edib. O,Assosiasiyanın sosial təminat sahəsində mütərəqqi təşəbbüs və standartların inkişafını və təşviqini təmin etmək, bu sahədə beynəlxalq əməkdaşlığı, fəal təcrübə mübadilələrini həyata keçirmək məqsədinə xidmət etdiyini deyib. Dördpendirli pizza

Bildirilib ki, Forumun işində BSTA-nın yüksək vəzifəli rəsmilərinin, həmçinin xarici ölkələrin aidiyyəti qurumlarının rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur. Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın sosial müdafiə sisteminin müasir, səmərəli və şəffaf iş üsulları üzərində qurulması istiqamətində əldə etdiyi uğurları beynəlxalq ictimaiyyətə çatdırmaq və bu sahədə tərəfdaş ölkələrlə fikir mübadiləsi aparmaq baxımından da mühüm önəm kəsb edir.

İclasda Avropa Regional Sosial Təminat Forumuna hazırlıq məsələləri ətraflı müzakirə olunub, bu sahədə qarşıda duran vəzifələr, Tədbirlər Planı əsasında görüləcək işlər müəyyən edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!