Avropa Şurası Azərbaycan və Ermənistan arasında etimadın qurulması prosesinə başladı

saytların hazırlanması

Evə çatdırılma

Avropa Şurası Azərbaycan və Ermənistan arasında etimadın qurulması prosesinə başladı

Siyasət

28 Sentyabr 2021 19:17 850


“Azərbaycan və Ermənistan arasında etimadın qurulması üçün hər iki ölkə ilə danışıqlara başlamışıq”.

Yenisabah.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa Şurasına üzv olan bəzi ölkələrdə hələ də həllini tapmayan münaqişələr var. Dominos pizza

Baş katib bildirib ki, Avropa Şurasının bu bölgələrə maneəsiz daxil olması monitorinq prosesi üçün vacibdir.

Mariya Peyçinoviç Buriç qeyd edib ki, etimadın qurulması tədbirləri tərəflər arasında münaqişənin həll olunması üçün ən vacib amillərdən biridir və hər iki dövlət buna etiraz etmədikcə bu mövzuda işlər davam etdiriləcək./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!