Avropada yanacaq BÖHRANI: Altı həftəlik ehtiyat qaldı

saytların hazırlanması

Evə çatdırılma

Avropada yanacaq BÖHRANI: Altı həftəlik ehtiyat qaldı

Dünya

17 Aprel 2026 01:59 658


"Avropada mövcud aviasiya yanacağı ehtiyatları təxminən altı həftəyə kifayət edəcək".

"Yeni Sabah" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol "Associated Press" (AP) agentliyinə müsahibəsində deyib.

F.Birolun fikrincə, İrandakı müharibə və Hörmüz boğazının blokadası nəticəsində pozulmuş tədarüklər yaxın vaxtlarda bərpa olunmasa, aviaşirkətlər tezliklə reysləri ləğv etməyə başlayacaqlar. pizza

BEA rəhbəri bəyan edib ki, dünya indiyə qədər qarşılaşdığımız ən böyük enerji böhranını yaşayır. F.Birol hesab edir ki, aviasiya yanacağı ilə bağlı problemlərdən başqa, İran ətrafındakı hadisələr benzin və elektrik enerjisinin qiymətlərinin daha da yüksəlməsinə səbəb olacaq./Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!