Avropal İttifaqı Ermənistana 2,6 milyard avro ayıracaq

saytların hazırlanması

Evə çatdırılma

Avropal İttifaqı Ermənistana 2,6 milyard avro ayıracaq

Maraqlı

09 İyul 2021 16:22 1168


Avropa İttifaqı Ermənistana ayrılan yardımı 1,6 milyarddan 2,6 milyard avroya qədər artıra biləcəyini açıqlayıb.

Yenisabah.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhey deyib. O, bu istiqamətdə beş prioritet proqrama diqqət çəkib və bildirib ki, bu proqramlar iqtisadi böyüməni, yeni iş yerlərinin açılmasını, ümumiyyətlə, güclü iqtisadiyyatı təmin etməyi nəzərdə tutur.

Varhey qeyd edib ki, vəsaitlər kiçik və orta müəssisələrin dəstəklənməsinə, rabitənin inkişafına, şimal-cənub avtomobil yolunun inşasına, informasiya texnologiyalarına qoyulan investisiyanın artımına, Ermənistanın cənub bölgələrinin gücləndirilməsinə yönəldiləcəkdir. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!