Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin nümayəndə heyəti Ermənistana səfər edəcək.
Yenisabah.az xəbər verir ki, parlamentarilər iyunun 19-22-də Ermənistanda olacaqlar.
Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin (SEDE) səfərinin əsas məqsədi Ermənistandakı təhlükəsizlik vəziyyətini, Ermənistanla Azərbaycan arasında normallaşma prosesini, eləcə də fevral ayında fəaliyyətə başlayan Aİ-nin Ermənistandakı mülki missiyasının (EUMA) fəaliyyətini qiymətləndirməkdir. Pepperoni pizza
Nümayəndə heyəti Ermənistan hökumətinin nazirləri və Ermənistan parlamentinin nümayəndələri, həmçinin Aİ-yə üzv dövlətlərin səfirləri ilə görüşəcək.
Komitə sədri Nathalie Loiseaunun başçılıq etdiyi nümayəndə heyəti müxtəlif siyasi qrupların təmsilçiləri olan deputatlarından ibarətdir.
Telegram kanalımız