Avropanın avtomobil brendləri çökür: Zavodlar dayanır

saytların hazırlanması

Evə çatdırılma

Avropanın avtomobil brendləri çökür: Zavodlar dayanır

Avto

05 May 2025 08:37 2553


Avropa avtomobil sənayesi son onilliklərin ən ciddi böhranlarından birini yaşayır.

Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, regionun aparıcı avtomobil konsernləri mənfəətin kəskin azalmasını bəyan edir, kütləvi şəkildə işçi qüvvəsini azaldır və müəssisələri bağlayırlar.

Bunun əsas səbəbləri enerji qiymətlərində kəskin artım, Çin elektromobil istehsalçılarının təzyiqi, başlıca ixrac bazarı olan Çində tələbatın azalması, Avropanın elektromobil istehsalı və satışında asiyalı rəqiblərindən geri qalması, eləcə də strategiyadakı səhvlərdir. Marqarita pizza

Ötən il BMW 37%, "Volkswagen" 33%, "Mercedes-Benz" 40.5% gəlir azalması nümayiş etdirib. "Volkswagen"in son 5 ildə bazar kapitallaşması demək olar ki, üçdə bir azalıb. "Volkswagen Group"un tərkibinə daxil olan "Audi" 2029-cu ilə qədər 7 500 işçinin ixtisarını planlaşdırır.

2024-cü ildə Avropa bazarında elektromobillərin payı 13.6%-ə enib (əvvəlki ildə 14.6%). Çində isə elektromobillərin bütün satışlarda payı artıq 35%-ə çatıb və bu trend davamlı şəkildə artır.

Avropa brendləri ənənəvi modellərin qiymətlərini artırmaqla itkiləri kompensasiya etməyə çalışırlar, lakin bu yalnız alıcı itkisinin artmasına səbəb olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!