Brüssel görüşü uğurlu keçdi, AB-nin bölgəmizdə sülhin əsas moderatorlarından biri olması üçün yaxşı şans yaranıb. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması, yeni kommunikasiya dəhlizlərinin açılması, təhlükəsizliklə bağlı problemlərin həlli indiki dövrdə daha da aktuallaşıb. Bu gün Rusiyanın dünyadan fiziki və iqtisadi təcridi yeni, alternativ yolların aktuallığını xeyli artırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, AB ölkələri ilə Çin və digər Uzaq Şərq dövlətləri arasında qarşılıqlı ticarətin həcmi ilə 1,5 trilyon dollardır, dəmir yolu ilə yüklərin daşınmasının əsas istiqaməti hələ də Rusiya və Belarusdur – həm Avropa, həm də Çin üçün belə asılılıq problemlər yaradır, ona görə də Azərbaycanın logistik mərkəz olması üçün böyük şans var. pizza
Ekspertin fikrincə, bu mənada ölkəmizin beynəlxalq biznes və logistikaya açılmasına, ÜTT-yə üzv olmağımıza, AB ilə strateji yeni sazişin tezliklə imzalanmasına, o cümlədən gömrük islahatlarına ehtiyac var.
Telegram kanalımız