Avstraliya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar 147 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Daxili İşlər Nazirliyinin cümə günü yaydığı məktubda bildirilir.
Məlumata görə, sanksiyalar Rusiya Federasiya Şurasının 144 senatoruna, o cümlədən sənəddə “Rusiya prezidenti Vladimir Putinin qızları” adlandırılan Mariya Vorontsova və Katerina Tixonovaya, həmçinin “Rusiya xarici işlər naziri Sergey Lavrovun qızı” adlandırılan Yekaterinaya Vinokurovaya qarşı tətbiq edilib. Dominos pizza
Avstraliyanın xarici işlər naziri Maris Payne qeyd edib ki, gələcəkdə “Avstraliya Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə məsuliyyət daşıyanlara və ya ölkədə təsir rıçaqlarına malik olanlara qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə davam edəcək”.
Avstraliya indiyə kimi 750-yə yaxın Rusiya vətəndaşına saknsiya tətbiq edib.
Telegram kanalımız