Avtobus qəzasında xəsarət alanların son durumu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Avtobus qəzasında xəsarət alanların son durumu açıqlandı

Sağlamlıq

06 Mart 2026 14:48 616


Abşeronda avtobusla “KamAZ”-ın toqquşması nəticəsində xəsarət alanların son durumu açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Kliniki Tibbi Mərkəz və Respublika Neyrocərrahiyyə Xəstəxanası birgə məlumat yayıb.

Bildirilib ki, martın 6-ı saat 07:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə  yol-nəqliyyat hadisəsi səbəbindən Bakı-Şamaxı yolundan çağırış daxil olub. pizza hut

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müştərək travma diaqnozu ilə 3 nəfər (2 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə, 1 nəfər (qadın) Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.

Qeyd olunub ki, kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının Neyrotravma şöbəsində müalicəsi davam etdirilən pasiyentin isə vəziyyəti stabil qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!