Avtobuslara şəffaf arakəsmələrin quraşdırılmasına başlanıb. Artıq bir çox avtobuslarda sürücü ilə sərnişinin arası şəffaf arakəsmə ilə ayrılıb.
Yenisabah.az xəbər verir ki, koronavirus infeksiyasına yoluxma təhlükəsini azaltmaq üçün ictimai nəqliyyatda profilaktik tədbirlərə başlanıb. "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə gələn avtobusların əksəriyyətində şəffaf arakəsmələr quraşdırılıb.
Avtobuslarla yanaşı taksilərə də belə bir tələb qoyulub. Taksilərdə sərnişinlər yalnız arxada oturmalı, sürücü ilə sərnişinin arası şəffaf arakəsmə ilə ayrılmalıdır. Çəkiliş aparılan zaman məlum olub ki, taksi sürücülərinin əksəri nəinki sərnişinlər, hətta öz sağlamlıqlarına da biganə yanaşırlar. pizza sifarişi
Qeyd edək ki, TƏBİB tərəfindən ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair hazırlanan metotiki göstərişlərdə avtobus və taksilərdə şəffaf arakəsmələrin quraşdırılması tələbi qoyulub. Bu tələbin icrasına artıq iki gündür başlanıb. Ancaq görünən odur ki, əksər insanlar hələ də bu virusun təhlükəsindən ya bixəbərdir, ya da bu məsələyə ciddi yanaşmır. Ona görə hələ də qoyulan tələbə tam şəkildə əməl edilmir.
Telegram kanalımız