Bakı şəhər Xətai rayon sakini Əliyev Zamin Qurban oğlu özbaşınalıqla üzləşib.
Yenisabah.az-a bu barədə şikayət ünvanlayan vətəndaş bildirib ki, 160 saylı avtobusun sürücüsü onun avtomobilini vursa da, şirkət dəymiş zərəri ödəməkdən boyun qaçırır:
"Mənim maşınımı sentyabr ayının 8-i Komsomol dairəsindən aeroport istiqamətinə doğru gedəndə, piyada keçidinin altında 160 saylı avtobus arxadan vurdu. Mən yolun sağında qəza işıqlarını yandırıb dayanmışdım. pizza mizza
Mənim avtomobilim "Toyota Prius" 2015 modelidir. "Paşa Sığorta"ya zəng etdim, gəlmədi, dedi ki, o avtobusların sığortası olmur, özünüz həll edin.
Yol polisi əməkdaşları da gəldi, dedi ki, özün həll edərsən. 160 nömrəli avtobus “Çinar-Trans” MMC-yə aiddir. Hüquqşünas mənə deyir ki, günah səndədir. Sürücü deyir ki, guya mən qəfil saxlamışam, o da avtobusu saxlaya bilməyib, mənim maşınımı vurub. Deyirəm ki, günah məndədirsə, niyə qarşılıqlı iddia ərizəsi verib məni məhkəməyə vermirsiniz? Cavab vermirlər.
Sürücü Səlimov Əlamətin sığortası yoxdur. Ümumiyyətlə, şirkət sürücüləri sığorta etmir.
Deyirəm ki, avtobusun öz kamerası var, niyə baxmırsınız? Cavab verirlər ki, get, kimə istəyirsən şikayət elə, əlindən gələni 5 qaba çək".
Şikayətçinin sözlərinə görə, dəfələrlə məsələ ilə bağlı şirkətin hüquqşünası ilə danışsa da, problemi həll edilməyib:
"Əvvəl avtobusun sürücüsü deyirdi ki, mən vurmuşam, fikirli idim. İndi deyir nə istəyirsən elə.
Hüquqşünasla 3 dəfə telefonla danışmışam. Deyir ki, günah səndədir. Getdim servislərinə məni içəri buraxmadılar.
Sürücünün sığortası olmadığı üçün sığorta məsələyə qarışmır. Yol polisi də dedi ki, maşına təxminən, 2000-2400 maşına ziyan dəyib. Ərizəyə qol çəkmişəm. Sürücü də, hüquqşünas da deyir ki, nə bilirsən et".
Şikayətlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Əsmətxanım
Telegram kanalımız