Avtomobil bazarında durğunluğun səbəbi nədir? - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - VİDEO

Avto

29 Aprel 2024 23:41 5220


Avtomobil bazarı yolunda uzun tıxac yaranıb, bazara giriş dayanıb.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər paytaxtın avtomobil bazarlarının birinin girişində lentə alınıb.

Bazara satışa gətirilən avtomobillər çox olduğundan belə bir mənzərə yaranıb. Dominos pizza

Ekspertlər bu vəziyyətin bir aydan çoxdur ki, davam etdiyini deyirlər.

Təklif çox olsa da, alıcı yoxdur.

Onların sözlərinə görə, avtomobil bazarında tam durğunluq yaşanır. Avtomobil qiymətləri artmasa da, nəzərəçarpacaq ucuzlaşma da yoxdur.

Ekspert Sərxan Qədirov onu da bildirib ki, taksilərlə bağlı qərar da bazara təsirsiz ötüşməyib. İstehsal ili 15 ildən artıq olan maşınlar kütləvi satışa çıxarılır.

Bu isə digər avtomobillərin də bazarına təsir edir.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!