Avtomobil bazarında qiymətlər yenə də qalxdı

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil bazarında qiymətlər yenə də qalxdı

Avto

20 Avqust 2019 06:28 1546


Bakının avtomobil bazarlarında qiymət artımı müşahidə olunur. Qiyməti yüksələn avtomobillər xüsusilə Almaniya istehsalı olan maşınlardır. 

“Yeni Sabah”Axar.az-a istinadənxəbər verir ki, qiymət artımı hər markadan olan avtomobillərdə müşahidə olunur. Bu səbəbdən də Bakının avtomobil bazarlarında durğunluq yaşanır. Satıcılar bildirir ki, avtomobillərin qiyməti hər gün artır. Belə ki, son 3 ayda hər bir avtomobilin qiymətində 1000-2000 manat artım qeydə alınıb. 

Bazarda ən çox tələb isə mühərrik həcmi kiçik olan, yəni benzin az tələb edən avtomobillərədir. Bu tələb də məhz bu kateqoriyadan olan avtomobillərin qiymətini artırır.  pizza hut

Məlumata görə, alıcılar indi daha çox ehtiyat hissələri ucuz olan avtomobil almağa üstünlük verir. Almaniya istehsalı olan avtomobillərə tələbat çox olduğu üçün bu maşınların da qiyməti qalxıb. 

Rusiya istehsalı olan kondisionersiz avtomobillərin də qiyməti bahalaşıb. 

Satıcıların sözlərinə görə, payıza doğru bazarda canlanma olmasına baxmayaraq, qiymətlərin ucuzlaşacağı gözlənilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!