Avtomobil ehtiyat hissələri  ucuzlaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil ehtiyat hissələri  ucuzlaşacaq

Avto

04 İyun 2023 09:17 8395


İkinci əl avtomobil ehtiyyat hissələri ucuzlaşa bilər.

Bu barədə nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov "Xəzər Xəbər"ə danışıb. Onun fikrincə, buna səbəb avtomobillərin gözlənilən utilizasiyasıdır.

Ekspert bildirib ki, köhnə maşınların ölkəyə gətirilməsi məhdudiyyəti ilə bağlı qərardan sonra ikinci əl avtomobil bazarında qiymətlər təxminən 5 faiz yüksəlib: Marqarita pizza

"Utilizasiya proqramının həyata keçirilməsi yaxınlaşdıqca, ikinci əl avtomobillər üçün ehtiyat hissələrinin qiyməti kəskin enəcək. Çünki avtomobil parkı yenilənirsə, ikinci əl ehtiyat hissələrinə artıq ciddi ehtiyac qalmayacaq."

Eldəniz Cəfərovun sözlərinə görə, ölkədə mövcud olan avtomobil sənayesinin təkmilləşdirilməsi prosesi də avtomobil ehtiyyat hissələri bazarına təsirsiz ötüşməyəcək.

Ekspert əlavə edib ki, maşınların utilizasiyası prosesi həyata keçiriləndə avtomobillərin qiymətində ciddi dəyişiklik olmayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!