Avtomobil idxalı ilə bağlı son xəbər

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil idxalı ilə bağlı son xəbər

Avto

15 İyun 2019 17:25 1332


2019-cu ilin Yanvar- May ayları ərzində Azərbaycana 15 min 585 ədəd cəmi nəqliyyat vasitəsi idxal olunub.

 “Yeni Sabah” xəbər verir ki, “Marja”nın Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən yaydığı mılumata görə, 2018-ci ilin Yanvar-May dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Ötən ilin Yanvar-May  dövründə ölkəmizə 7 min 294 nəqliyyat vasitəsi idxal olunmuşdu.

2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında isə 3 min 890 ədəd nəqliyyat vasitəsi idxal edilib.   Dominos pizza

O cümlədən, 2019-cu ilin Yanvar-May aylarında 14 min 170 ədəd minik avtomobili, 70 ədəd avtobus, 1 274 ədəd yük avtomobili və 71 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-May dövründə  6 min 464  ədəd minik avtomobili, 37 ədəd avtobus, 743 ədəd yük avtomobili və 50ədəd xüsusi təyinatlı vasitə idxal olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!