Avtomobil mühərriki yağlarının qiyməti bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil mühərriki yağlarının qiyməti bahalaşdı

Avto

15 Oktyabr 2022 00:20 2655


Avtomobillər üçün mühərrik yağlarının qiyməti bahalaşıb. Bahalaşma bir neçə aydır ki, müşahidə edilir. Bu sahə üzrə fəaliyyət göstərən sahibkarlar qeyd edirlər ki, mühərrik yağlarının bahalaşmasının əsas səbəbi Ukraynada baş verən hadisələrdir. Belə ki, əvvəllər yerüstü müxtəlif nəqliyyat vasitələri ilə mühərrik yağlarının çoxu Avropadan Ukraynaya, sonra da Rusiyaya aparılır, ordan isə ölkəmizə gətirilirdi. İndi isə daha çox təyyarə vasitəsilə gəldiyindən qiymətlərdə artım var.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən mütəxəssis Sahil Ağabəyli qiymət artımının əsasən Avropadan idxal edilən yağlarda qeydə alındığını bildirib.

Onun sözlərinə görə, mühərrik yağların bahalaşmasının əsas səbəbi idxalçı ölkələrdə qiymətlərin artmasıdır. Toyuqlu pizza

"Mühərrik yağının bahalaşmasının səbəblərindən biri də daşınma xərclərinin artmasıdır. Qiymətlər son bir il ərzində 30%-dən çox bahalaşıb. Bu da istehsalçı ölkədən asılı olaraq yağların litrində minimum 5, maksimum 15 manat artım deməkdir", - deyə bildirib./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!