Türkmənistanda avtomobil sürmək istəyən qadınlar üçün yeni tələb

saytların hazırlanması

Evə çatdırılma

Türkmənistanda avtomobil sürmək istəyən qadınlar üçün yeni tələb

Avto

31 Dekabr 2022 18:22 4910


Türkmənistanda sürücülük vəsiqəsi əldə etmək istəyən qadınlar üçün yeni qaydaların müəyyən edildiyi bildirilir.

“Yeni Sabah” xəbər verir ki, yeni qaydalara görə, avtomobil sürmək istəyən qadınlardan nigah haqqında şəhadətnamə və iş yerindən arayış tələb olunur.

Bundan başqa qeyri -rəsmi olaraq bu məsələdə qadınlara yaş həddinin tətbiq olunduğu da bildirilir və qeyd olunur ki, Türkmənistanda avtomobil sürmək istəyən qadının yaşı 40-dan aşağı olmalıdır. Dördpendirli pizza

Yaş həddi məhdudiyyətindən əlavə qadınlar etibarnamə ilə də avtomobil sürə bilməzlər. Belə ki, qadının idarə etdiyi avtomobil onun öz adına rəsmiləşdirilməlidir.

Türkmənistanda sürücülük vəsiqəsi əldə etmək arzusunda olanlardan ümumilikdə 13 sənədin tələb olunduğuğu bildirilir. Yazıda qeyd olunur ki, Türkmənistan hökuməti ölkədə qadın-kişi bərabərliyinin təmin edilməsi üçün real səylər göstərdiyini bəyan etsə də faktiki bir-neçə ildir türkmən qadınlarının hüquqları ciddi şəkildə məhdudlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!