“Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrildi

saytların hazırlanması

Evə çatdırılma

“Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrildi

Siyasət

10 Oktyabr 2022 18:12 1129


Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, fərmana əsasən, adı çəkilən şirkət publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilib.

Yeni qurum Agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpülərin, tunellərin və digər yol qurğularının qorunmasını təşkil edir. Onun ləğvi və yenidən təşkili ilə bağlı təsisçinin səlahiyyətləri dövlət başçısına, “Publik hüquqi şəxslər haqqında” qanunda nəzərdə tutulmuş digər səlahiyyətlər isə Agentliyə həvalə edilib. Dördpendirli pizza

Xidmətin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.

Fərmanla Nazirlər Kabinetinə Xidmətin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini 2 ay müddətdə təsdiq etmək, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!