Avtomobilə yazılan cərimələrlə bağlı YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Avtomobilə yazılan cərimələrlə bağlı YENİLİK

Avto

12 Mart 2026 13:49 4478


Yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati qərarların rəsmi təqdim edilməsi artıq SMS bildirişi göndərilən və ya şəxs sənədlərlə elektron qaydada tanış olduğu vaxt hesab ediləcək, avtomobilin ön şüşəsinə kağız bildiriş qoyulması isə ləğv olunur.

“Yeni Sabah” Oxu.Az-a istinadla xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclaslarında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Təklif edilən dəyişiklikdə sənədlərin rəsmi verilməsi vaxtı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə SMS məlumat çatdırıldığı vaxt və ya müvafiq sənədlərlə tanış olduğu vaxt hesab ediləcək. Toyuqlu pizza

Bundan başqa, qanun layihəsində dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbinin aradan qaldırılması təklif olunur.

Bildirilib ki, bu da sənədlərin çatdırılması real vaxt rejimində həyata keçirildiyi üçün kağız formatın aradan qalxması zərurətindən yaranıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!