Avtomobili olanların   NƏZƏRİNƏ - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Avtomobili olanların NƏZƏRİNƏ - XƏBƏRDARLIQ

Sosial

10 Aprel 2026 00:52 585


Elan saytlarında və sosial şəbəkələrdə istehsal ili saxtalaşdırılan avtomobil şinləri satılır.

"Yeni Sabah" Xəzər TV-yə istinadən xəbər verir ki, satışda olan bəzi təkərlərin üzərindəki rəqəmlər əsl həqiqəti əks etdirmir. İşbazlar xüsusi üsullarla köhnə şinlərin üzərindəki istehsal tarixini silib yerinə yeni tarix yazırlar.

Saxta möhürlə dırnaqarası təzələnmiş təkər təkcə maddi ziyan deyil, həm də yollarda hər an qəza riski deməkdir. Vaxtı keçmiş rezin daxildən çürüməyə başladığı üçün ən kiçik təzyiqdə faciəyə yol aça bilir. Dominos pizza

Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, təkər alarkən yalnız rəqəmlərə güvənməsinlər, rezin hissənin teksturuna və tarixin yazıldığı hissədə kələ-kötürlüyün olub-olmamasına mütləq diqqət yetirsinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!